Bayden: “Odlu silahın satışını qadağan edək!”
Tarix: 24-01-2023 09:25 | Bölmə: Slayd
Bayden: “Odlu silahın satışını qadağan edək!”

ABŞ prezidenti Konqresi ölkədə odlu silahın açıq satışını qadağan edən yeni qanunu tez bəyənməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Prezident Cozef Bayden Konqresin hər iki palatasını ölkə ərazisində odlu silahların və böyük tutumlu silah daraqlarının satışını qadağan edən qanun layihəsini bəyənməyə çağırıb.

Amerika lideri bəyan edib ki, ABŞ vətəndaşlarının böyük əksəriyyəti belə bir qadağanın tətbiqinin tərəfdarıdır:

“Ötən ilin iyunundan Amerikanın hər yanında faciə faciə arxasınca baş verir. Bütün hallarda cinayətlərin törədilməsi aləti odlu silahla kütləvi atışmalardır. Mən qanunverici orqanlarımızı çevik hərəkət etməyə və odlu silahların satışını yasaqlayan qanun layihəsini imzalamağa göndərməyə çağırıram”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}