16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycana qarşı yeni təxribatlar ola bilər
Tarix: 26-03-2023 00:41 | Bölmə: Slayd
Azərbaycana qarşı yeni təxribatlar ola bilər

"Ermənistan baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı və Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylar İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması, bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətlənib” və Qarabağsız sülh sazişinə marağı azalıb".

“Reytinq”
qəzeti xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi Qarabağdakı separatçıların fəaliyyət imkanlarını daraldır. Bu isə Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır.

Politoloq əlavə edib ki, bu arada, Azərbaycan İranın yeni təxribatlarına hazır olmalıdır: "Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa, tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur və bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}