15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Aktrisa Günay “Ata Ocağı” ilə vidalaşıb
Tarix: 27-06-2019 17:26 | Bölmə: Şou-biznes
Aktrisa Günay “Ata Ocağı” ilə vidalaşıb

Aktrisa Günay Pirizadə “Ata Ocağı” serialından gedib.

Reyting.az
"Yeni Sabah"a istinadla xəbər xəbər verir ki, aktrisa ekran işində hekayəsi bitdiyi üçün serialdan uzaqlaşıb: “Əzizlərim, hekayəm bitdiyinə görə "Ata Ocağı" serialından ayrılıram. Çox xoşbəxtəm ki, ilk uğurlu işimi belə reytinqli və uğurlu serialda etdim. Uğur qazanmaq asandır, dost-ailə qazanmaq çətindir. Bu bir il ərzində ailə olmağı bacardıq və çox gözəl dostlar qazandım. Çox sağ ol, "Ata Ocağı". Serialın komandasına və bizə diqqət göstərib sevən bütün dəyərli tamaşaçılara sonsuz təşəkkür edirəm. Yeni uğurlarda və layihələrdə görüşənə qədər”.

Qeyd edək ki, G. Pirizadə ekran işində Bahar obrazını canlandırırdı. Günaydan başqa Rüfət Nəzər və Zülfiyyə Məmmədova da serialın yeni mövsümündə olmayacaq.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər