Əməkdar artist polisə çağrılıb: “Mənə şər atırlar”
Tarix: 01-02-2016 14:31 | Bölmə: Şou-biznes / Xəbərlər


Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova polisə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Reyting.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisa ona şər atıldığını, heç kəsi təhqir etmədiyini bildirib:

"Evə 3 dəfə həkim aparmışam. O adamlar kişini xəstəxanaya getməyə qoymurlar. Deyirlər ki, səni qocalar evinəaparacaqlar. Kişinin arvadı noyabrda ölüb. Bunun ardından həminər-arvad bu evə yerləşiblər. Qohum-əqrəbalarını xəstənin evindən uzaqlaşdırıblar. Evi də mənimsəyiblər.

İki aydı bu adam yataqdadı. Kişinin ayaqları şişib, sınıqları var. Ayın 28-i evdən çıxmışam. Şamama adlı qadın əriylə həmin kişinin ölümünü gözləyir. Bu arvad mənə şər atır, beləbir şey yoxdur, heç kəsi təhqir etməmişəm. Bu şəri qohumları sayəsindəyerdə qoyan deyiləm. Polis bölməsinə çağrıldım, izahatımıverib çıxdım”.

Xatırladaq ki, aktrisa bu gün Nəsimi rayonu 19-cu polis bölməsinə çağırılıb.

Nəsimi rayonu 19-cu polis bölməsindən ölke.az-a verilən məlumata görə, aktrisa Şamama Ağayeva adlı şəxsin Daxili İşlər Nazirliyinin "102" xidmətinəetdiyi müraciətə əsasən polisə çağırılıb:

"Hüseyn Seyidzadə küçəsi ev 7, mənzil 1-də yaşayan AğayevaŞamama Abış qızının "102" xidmətinəverdiyi məlumatla əlaqədar Mehriban Xanlarova polisə dəvət olunub, izahatı alınıb. Ş.Ağayeva müraciətindəMehriban Xanlarovanın onu təhqir etdiyini bildirib. Hələ ki qarşı tərəf dindirilməyib”





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər