Müğənni Günel: “Çoxları qısqanclıqdan çatlayır”
Tarix: 13-10-2021 11:38 | Bölmə: Şou-biznes
Müğənni Günel: “Çoxları qısqanclıqdan çatlayır”

Müğənni Günel Zeynalova son günlər görünüşünə olunan tənqidlərə cavab verməklə gündəmə gəlir.

Reyting.az
xəbər verir ki, sənətçi yazılan tənqidlərə sosial şəbəkə hesabında cavab verib.

Günel qeyd edib ki, hətta gülümsəməyi bir çoxlarını qısqanclıqdan çatladır. “Bir də demək istədiklərimi səsim deyir. Hər zaman dualar qorudu məni. Sevənlərim, dinləyənlərim və sevdiklərim, siz mənə bəs edirsiniz",- deyə Günel bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Günel Türkiyədə konsert verib. O, səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndələrinin onun üzündə etdiyi plastik əməliyyatlarla bağlı suallarına əsəbiləşən ifaçı "Görünüşümü yox, səsimi danışın" sözlərini söyləyib. Günel sosial şəbəkədə də dəfələrlə çox sayda plastik əməliyyat etməsinə görə tənqid olunub. O isə yalnız burnunun estetik olduğunu deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}