Müğənni Manaf Ağayev 15 sutka həbs edilib - Foto
Tarix: 18-02-2022 13:42 | Bölmə: Şou-biznes / Xəbərlər
Müğənni Manaf Ağayev 15 sutka həbs edilib

Qarabağ zonasına qanunsuz səfər edən müğənni Manaf Ağayev və Sənan Hüseynov həbs olunublar.

Reyting.az
xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 15 sutka həbs cəzası verilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}