16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanda kriminal avtoritet öldürülüb - Foto
Tarix: 07-06-2023 11:27 | Bölmə: Xəbərlər
Ermənistanda kriminal avtoritet öldürülüb

Dünən gecə saat 22:10 radələrində Ermənistan paytaxtı İrəvanda qətl hadisəsi baş verib.

Reyting.az
Shamshyan.com-a istinadla bildirir ki, paytaxtın Baqramyan prospektindən Proşyan küçəsinə gedən hissəsində, 8 saylı poliklinikanın yanında polis güllə yaraları olan kişi meyiti aşkar edib. Faktla bağlı polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.

Polis və istintaq şöbəsi tərəfindən qətlə yetirilənin şəxsiyyəti müəyyən edilir, qətli törədən şəxsin və qətl silahının tapılması istiqamətində birgə əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir.

Hadisə yerinə toplaşan vətəndaşlar isə bildiriblər ki, qətlə yetirilən şəxs “Qnunetsi Varazik” ləqəbli kriminal avtoritetdir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}