İstanbulda atışma: bir azərbaycanlı yaralanıb
Tarix: 15-09-2023 13:37 | Bölmə: Xəbərlər
İstanbulda atışma: bir azərbaycanlı yaralanıb

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.

Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikleti və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib.

Şübhəlilələrdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib.

Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.

O, xəstəxanaya yerləşdirilib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}