Yazıçı Akif Abbasovun yeni kitabı işıq üzü görüb - Foto
Tarix: 15-09-2023 18:29 | Bölmə: Xəbərlər
Yazıçı Akif Abbasovun yeni kitabı işıq üzü görüb

Yazıçı Akif Abbasovun "Zoğal mürəbbəsi və başqa hekayələr" kitabı nəşr edilib.

Reyting.az
xəbər verir ki, "Mütərcim" nəşriyyatında işıq üzü görən kitabın redaktorları filologiya elmləri doktoru, professor Telman Vəlixanlı və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Pedaqogika elmləri doktoru, professor Akif Abbasov “Zoğal mürəbbəsi və başqa hekayələr” kitabına son illərdə qələmə aldığı bir sıra hekayələri daxil edib. Oxucular həm ciddi, həm də satirik hekayələrlə tanış ola bilərlər.

Kitaba eyni zamanda uşaqlar üçün hekayələr və lətifələr də daxil edilib.

Hekayələrin mövzusu gündəlik həyatdan götürülüb. Müəllifin dediyinə görə, mövzuları ona müxtəlif tədbirlərdə, məclislərdə (toylarda, ad günlərində, bayramlarda) öz məzəli söhbətləri ilə dostlar, tanışlar, iş yoldaşları veriblər. Buna görə kitabın müəllifi Akif Abbasov professorlar Fərahim Sadıqova, Mübariz Əmirova, müğənni Həsən Abbasova, həkim Ağazər Şükürova, dosent Nizami Süleymanova, Vidadi Behbudova, doktorant Reyhan Hacızadəyə, ingilis dili müəllimləri, tələbə yoldaşları Rafiq Salahova, Zemfira İsmayılovaya, Zəhra Yaqubovaya, Səfalət Həmidovaya və Tovuz Hüseynovaya öz minnətdarlığını bildirir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}