Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzalayıb
Tarix: 01-12-2023 17:33 | Bölmə: Xəbərlər
Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzalayıb

Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Reyting.az
 xəbər verir ki, sərəncamla Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}