İlon Mask iddialarla razılaşmır
Tarix: 12-02-2024 11:06 | Bölmə: Xəbərlər
İlon Mask iddialarla razılaşmır

Amerikalı milyarder İlon Mask Rusiya ordusunun cəbhədə Starlink terminallarından istifadə etməsi ilə bağlı məlumatı şərh edib.

Reyting.az
xəbər verir ki, İ. Mask “X” mikrobloqunda bu məlumatları təkzib edib.

Onun sözlərinə görə, Amerika aerokosmik özəl müəssisəsi “SpaceX”-in bu terminalları Rusiyaya satmadığını elan edib.

O, qeyd edib ki, bir sıra yalan məlumatlarda “SpaceX”-in Starlink terminallarını Rusiyaya satdığı iddia olunur: “Bu, tamamilə yalandır. Bildiyimiz kimi, Rusiyaya birbaşa və ya dolayısı ilə heç bir Starlink satılmayıb”.

Şərhlərdə Maskdan şirkətin terminalın Rusiyada işə salınmasından xəbəri olub-olmayacağı soruşulub.

Milyarder cavabında bildirib ki, Starlink peykləri Rusiyada rabitəni bağlamayacaq.

Xatırladaq ki, son vaxtlar internetdə rusların Ukraynanın işğal olunmuş ərazilərində bu terminallardan kütləvi şəkildə istifadə etdiyi barədə məlumatlar yayılıb. “X” istifadəçilərindən biri yazıb ki, Rusiya onları Dubay vasitəsilə alır. Ukrayna kəşfiyyatı rusların söhbətinin dinlənilməsini dərc etməklə bu məlumatı təsdiqləyib. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, terminallar Rusiyanın 83-cü briqadasının bölmələrində quraşdırılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}