Xocalıda öldürülən qızcığaza… - Əli Bağışın Xocalı ağısı
Tarix: 26-02-2024 12:05 | Bölmə: Xəbərlər
Xocalıda öldürülən qızcığaza…

İllər, qərinələr, əsrlər keçəcək
Neçə nəsillər gəlib - gedəcək
Sən elə həmişə gözəl qalacaqsan, mənim balam...
Öldürülmüş mələk qalacaqsan mənim balam...


Nə Sənin yanında durub, Səni qoruya bildik.
Nə də Kişi olub qisasını ala bildik!
Elə kor Allahın, kar mələkləri kimiydik:
Nə gördük,
nə eşitdik,
nə harayına yetişdik!
Beləcə sürünürük: gözükölgəli…
Beləcə gəbərəcəyik: başıaşağı…



…Bəlkə gözlərindəki son sözün
Elə bu idi mənim balam:
- Bilirsənmi nə boyda günah sahibisən, Yaradan?!

Əli Bağışın Xocalı ağısı




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}