Rusiya raketi İran peykini orbitə çıxaracaq
Tarix: 28-02-2024 17:51 | Bölmə: Xəbərlər
Rusiya raketi İran peykini orbitə çıxaracaq

İranın “Pars-1” peyki fevralın 29-da Rusiya raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılacaq.

Reyting.az
-ın xəbərinə görə, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bildirib.

“Tasnim” agentliyi nazirə istinadla xəbər verir ki, sabah 100 faiz İrana məxsus və yerli şirkətlər tərəfindən inşa edilən “Pars-1” fotoqrafiya peyki Rusiyanın raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılacaq.

Nazir vurğulayıb ki, bu buraxılış 2021-ci ildən bəri 12-ci olacaq.

Yanvarda İran Müdafiə Nazirliyinin kosmos qrupunun sözçüsü Seyid Əhməd Hüseyni demişdi ki, geostasionar peyklərin buraxılması üçün yeni İran raketinin hazırlanması son mərhələdədir.

Sentyabrda məlum olub ki, İran yeni hərbi peyk olan “Nur-3”-ü Yer kürəsinin aşağı orbitinə uğurla çıxarıb. Qurğu orbitə ikipilləli “Kased” daşıyıcı raketindən istifadə etməklə çıxarılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}