Nadir heyvan növü insan ovcuna yerləşir
Tarix: 13-04-2024 22:08 | Bölmə: Xəbərlər
Nadir heyvan növü insan ovcuna yerləşir

Reyncerlər Avstraliyanın çöllərində nadir heyvanın şəklini çəkiblər.

Reyting.az
xəbər verir ki, şimal kisəli köstəbəyi növünə aid edilmiş, latınca "Notoryctes caurinus" adlanan bu kiçik, nadir heyvana Qərbi Avstraliyanın şimal-qərbində rast gəlinib. Məlum olub ki, kisəli köstəbək bu ərazilərdə yaşayır və o qədər nadir bir növ hesab olunur ki, tədqiqatçılar hələ də onlardan neçəsinin planetdə qaldığını bilmirlər.

Bu yaxınlarda yerli mühafizəçilər dəstəsi Pert şəhərindən təxminən 1500 kilometr aralıda yerləşən Böyük Qumlu səhrasında işləyərkən şimal marsupial köstəbəyinə də rast gəliblər. Tədqiqatçılardan biri bu qəribə görüşün hətta fotosunu çəkməyə də macal tapıb.

Şimal marsupial növünə aid olan molların ölçüsü insan ovucundan da böyük deyil, o qalın, yumşaq saçlara, həmçinin də qısa konusvari quyruğa və üzgəclərə bənzər pəncələrə malikdir. Tədqiqatçılar xüsusi olaraq qeyd edirlər ki, belə növ köstəbək fəsiləsinə aid heyvanların gözləri yoxdur, çünki onlar demək olar, ömürlərinin çox hissəsini qumluq ərazilərdə, həm də qum təpələrində keçirirlər.

Bu gün müasir elm kisəli köstəbəklər və yaxud şimal marsupial mollar barəsində çox az şey bilir.

Tədqiqatçılar, alimlər ümid edirlər ki, son altı ayda ikinci dəfə rast gəlinən belə bir yeni müşahidə bu nadir heyvan növünü daha ətraflı öyrənməyə kömək edəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}