14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İran prezidenti Pakistana gedir
Tarix: 21-04-2024 17:46 | Bölmə: Xəbərlər
İran prezidenti Pakistana gedir

İran prezidenti İbrahim Rəisi aprelin 22-24-də Pakistanda rəsmi səfərdə olacaq.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Rəisini xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, biznes nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində İran prezidenti pakistanlı həmkarı Asif Əli Zərdari və baş nazir Şahbaz Şəriflə görüşəcək.

Görüşlər zamanı İran-Pakistan əlaqələrinin möhkəmləndirilməsi, ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq. Tərəflər regional və dünyada baş verən hadisələri, həmçinin terrorizm təhlükəsi ilə mübarizədə ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}