14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukrayna daha 250 min şəxsi səfərbər etməlidir
Tarix: 22-04-2024 15:08 | Bölmə: Xəbərlər
Ukrayna daha 250 min şəxsi səfərbər etməlidir

Rusiya qoşunları Donetsk vilayətinin Pokrovski rayonunun Oçeretino kəndinə çatıb. Yardım və silahla yanaşı, Ukraynanın təcili səfərbərliyə də ehtiyacı var.

Reyting.az
xəbər verir ki, bunu “Bild” nəşrinin analitiki Julian Röpke bildirib.

Onun sözlərinə görə, cəbhədə döyüşdən tükənmiş hissələrin gücləndirilməsi təcilidir.

“Amerikanın bütün pulları, bütün Qərb dəstəyi, bütün alman silahları vacibdir. Lakin Ukrayna ən azı cəbhəni gücləndirmək üçün daha 250 min əsgəri səfərbər etməsə, bu silahlar ona kömək etməyəcək. Rusiya qoşunları artıq Oçeretinoya çatıb”, - Röpke əlavə edib.

Qeyd edək ki, Ukraynada səfərbərlik haqqında yeni qanun dərc edildiyi gündən bir ay sonra qüvvəyə minir. 17 aprel 2024-cü ildə Ali Rada sözügedən qanunu qəbul edib və qanun 2024-cü il mayın 18-də qüvvəyə minir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}