Zelenski: “İran Rusiyaya açıq şəkildə silah verir”
Tarix: 28-05-2024 20:16 | Bölmə: Xəbərlər
Zelenski: “İran Rusiyaya açıq şəkildə silah verir”

“İran Rusiya Federasiyasına açıq şəkildə silah verir və bunu gizlətmir”.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu gün Rusiya Ukraynaya qarşı müharibədə tək deyil:

“Artıq İrandan açıq silah tədarükü var. Təkcə pilotsuz təyyarələr deyil, həm də raketlər. Şimali Koreyadan isə artilleriya mərmiləri və raketlər çatdırılır. Kəşfiyyat xidmətlərimizin gördüyü bəzi şeylər var, amma biz danışmırıq”.

Zelenski vurğulayıb ki, əgər ədalət istəyiriksə və demokratik dövlət kimi Ukrayna bunu demokratik dünyadan tələb edirsə, o zaman Ukrayna qalib gəlməlidir. Bunun üçün isə ədalətli bir dünya və silahlar lazımdır ki, Ukrayna yerlə-yeksan olmasın, işğal altında qalmasın.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}