Mingəçevirdə 25 yaşlı qadın öldürülüb
Tarix: 21-06-2024 14:30 | Bölmə: Xəbərlər
Mingəçevirdə 25 yaşlı qadın öldürülüb

Mingəçevir şəhərində 25 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildiriblər ki, iyunun 21-i saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}