500 mindən çox əsgər döyüş vəziyyətinə gətirilib
Tarix: 22-07-2024 07:44 | Bölmə: Xəbərlər
500 mindən çox əsgər döyüş vəziyyətinə gətirilib

2014-cü ildən 500 mindən çox NATO əsgəri yüksək hərbi hazırlıq vəziyyətindədir.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Şimali Atlantika Alyansının sözçüsü Farah Dahlalla məlumat verib.

O, təşkilatın “hərtərəfli müdafiə planlarını həyata keçirdiyini” söyləyib: “Biz soyuq müharibədən sonra ən əhatəli müdafiə planlarını həyata keçirmişik və hazırda 500 mindən çox hərbçimiz yüksək döyüş hazırlığı vəziyyətindədir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər