Səttar Möhbalıyev istefa verir? - Açıqlama
Tarix: 22-07-2024 10:53 | Bölmə: Xəbərlər
Səttar Möhbalıyev istefa verir? - Açıqlama

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev istefa verir.

Məlumata görə, artıq S.Möhbalıyevin ərizəsinin alındığı bildirilir. İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər.

Sədrin istefası təsdiqlənərsə, qurumun Nizamnaməsinə uyğun olaraq qurultay çağırılacaq və yeni sədr seçiləcək.

Təşkilatın sözçüsü Rəşad Nəsirov isə Pravda.az-a deyib ki, bu barədə xəbərsizdir və məlumat həqiqətəuyğun deyil.

Qeyd edək ki, S.Mehbalıyev hazırda 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin deputatıdır. Onun namizədliyini yenidən irəli sürəcəyi gözlənilir. Həmin seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiman Babayevin, Azərbaycan Demokrat Partiyası isə Sərdar Cəlaloğlunun namizədliyini irəli sürüb. S.Cəlaloğlu 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürmüşdü. Hazırda isə ADP sədrinin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliyini irəli sürməsi həmin dairə üzrə seçkilərin diqqət mərkəzində olacağının göstəricisidir.




Bölməyə aid digər xəbərlər