Xırdalanda ər arvadını binanın pəncərəsindən atıb
Tarix: 23-07-2024 12:49 | Bölmə: Xəbərlər
Xırdalanda ər arvadını binanın pəncərəsindən atıb

Abşeron rayonun Xırdalan şəhərində çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A. Kazımovanın yaşadığı mənzilin eyvanından düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalar zamanı A. Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzildən atıldığı müəyyən edilib.

H. Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub