13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Tramp-Harris debatının qaydaları müəyyənləşib - Yenilənib
Tarix: 05-09-2024 08:37 | Bölmə: Xəbərlər
Tramp-Harris debatının qaydaları müəyyənləşib

ABŞ prezidentliyinə namizədlərin debatında yalnız görüşün moderatorları sual verə biləcək. Cavab verməyə iki dəqiqə vaxt ayrılır və əvvəlcədən hazırlanmış qeydlərdən istifadə qadağandır.

Reyting.az
xəbər verir ki, Birləşmiş Ştatların “ABC” televiziya şirkəti prezidentliyə iddialıların debatının yekun qaydalarını təsdiqləyib.

Rəqib danışarkən mikrofonlar səssiz qalacaq. Siyasətçilərə ancaq qələm, kağız və bir şüşə su veriləcək. Həmçinin, Tramp və Harrisə hətta reklam fasiləsində də seçki qərargahlarının nümayəndələri ilə təmasa icazə verilməyəcək.

***

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, keçmiş prezident Donald Tramp və onun Demokratlar Partiyasından olan rəqibi, vitse-prezident Kamala Harris arasında ilk debat sentyabrın 10-da keçiriləcək.

Reyting.az
xəbər verir ki, debatın Filadelfiyada Milli Konstitusiya Mərkəzində bağlı qapılar arxasında keçirilməsi planlaşdırılır.

Debat “ABC News” tərəfindən canlı yayımlanacaq. Debatın yerli vaxtla saat 21:00-da başlayacaq və iki reklam fasiləsi ilə 90 dəqiqə davam edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib