Ermənilər Avropaya vizasız gedə biləcək
Tarix: 23-07-2024 15:22 | Bölmə: Xəbərlər
Ermənilər Avropaya vizasız gedə biləcək

Avropa Komissiyası Avropa İttifaqının Xarici İşlər Nazirlikləri rəhbərlərinin bazar ertəsi keçirilən iclasında qəbul etdiyi qərarın davamı olaraq Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlayır.

Reyting.az
xəbər verir ki, bu barədə iyulun 23-də Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Komissiyası Avropa İttifaqı xarici işlər nazirlərinin qərarının praktiki icrasına başladığını açıqlayıb.

“Xarici Əlaqələr Şurasının qərarının davamı olaraq, Avropa Komissiyası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayır. Bu dialoq mühüm sahələrdə islahatlara gətirib çıxaracaq, xüsusən də səyahət sənədlərinin təhlükəsizliyi, sərhədlərin idarə edilməsi, miqrasiya və sığınacaq, ictimai asayiş, beynəlxalq əlaqələr, o cümlədən fundamental hüquqlarla bağlı məsələlər... Avropa Komissiyası yaxından monitorinq aparacaq. Avropa Parlamenti və Aİ Şurası ilə sıx əməkdaşlıq şəraitində bu məsələlərdə irəliləyiş əldə etmək mümkün olacaq”, - bəyanatda deyilir.

Xatırladaq ki, 2014-cü ildən Aİ ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş qüvvədədir.

Həmçinin iyulun 22-də Aİ Şurası Ermənistana ilk hərbi dəstəyini təsdiqləyib.

Xatırladaq ki, aprel ayında Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib.

Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu qətnamə Ermənistanda müzakirə mövzusu olmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub