ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib
Tarix: 23-07-2024 19:19 | Bölmə: Xəbərlər
ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl başçılıq etdiyi qurumun ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin qarşısını ala bilməməsinə görə istefa verib.

Bu barədə CNBC məlumat yayıb.

Daha əvvəl Kimberli Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən dinləmələrdə sui-qəsdi Məxfi Xidmətin “böyük uğursuzluğu” adlandırıb və bunun qarşısını almağın mümkün olduğunu etiraf edib. Dinləmələrdə iştirak edən bəzi qanunvericilər açıq şəkildə onu istefa verməyə çağırıblar(Report).




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub