Ermənipərəst senator istefa verib
Tarix: 24-07-2024 09:30 | Bölmə: Xəbərlər
Ermənipərəst senator istefa verib

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez vəzifəsindən istefa verib.

Bu barədə Demokratlar Partiyasının Senatdakı bəyanatında deyilir.

ABŞ-da məhkəmə tərəfindən korrupsiyada təqsirli bilinən senator Robert Menendez artıq istefa ərizəsini təqdim edib.

Xatırladaq ki, o, bir neçə il Senatın xarici əlaqələr komitəsin sədri vəzifəsini də icra edib. Yaxınlarda Menendez korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilinib.(APA)




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub