Ruslar İsveçrə missiyasının ofisini raketlə vurub - Foto
Tarix: 24-07-2024 13:45 | Bölmə: Xəbərlər
Ruslar İsveçrə missiyasının ofisini raketlə vurub

Bu gün Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətində İsveçrənin minalarla mübarizə fondunun ofisinə ballistik raketlərlə zərbələr endiriblər. Reyting.az xəbər verir ki, bunu Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

O. Sinegubov “Telegram”-da yazıb ki, bu gün səhər saat 5-də ruslar İsveçrənin Minalardan Təmizləmə Fondunun ofisini ballistik raketlə vurublar.

Onun sözlərinə görə, zərbə nəticəsində binanın bir neçə mərtəbəsinin fasadı və tavanı dağılıb, 6 avtomobilə ziyan dəyib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub