Şolts yenidən kansler postuna namizəd olacaq
Tarix: 24-07-2024 15:54 | Bölmə: Xəbərlər
Şolts yenidən kansler postuna namizəd olacaq

Almaniya kansleri Olaf Şolts yenidən hökumət başçısı vəzifəsini tutmaq niyyətindədir.

Reyting.az
xəbər verir ki, O. Şolts bu barədə mətbuat konfransında bildirib.

O. Şoltsdan ABŞ prezidenti C. Baydendən nümunə götürmək və qarşıdan gələn federal seçkilərdə kansler vəzifəsinə namizədliyindən imtina etmək istəyib-istəmədiyini soruşublar.

O. Şolts isə deyib ki, hamımız növbəti parlament seçkiləri kampaniyasında birlikdə iştirak etmək və qalib gəlmək əzmindəyik.

O əlavə edib ki, yenidən “kansler postuna namizədliyini irəli sürəcək”.

Onu da qeyd edək ki, alman mediasının sifarişi ilə keçirilən sorğu göstərir ki, Almaniya Sosial Demokrat Partiyası üzvlərinin yalnız üçdə biri Şoltsun 2025-ci ildə yenidən kansler seçilməsini arzulayır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub