Netanyahu Bayden və Harrislə görüşə gedir
Tarix: 24-07-2024 20:27 | Bölmə: Xəbərlər
Netanyahu Bayden və Harrislə görüşə gedir

ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı irəliləyişi müzakirə etmək üçün cümə axşamı Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ evdən bildiriblər.

Məlumata görə, vitse-prezident Kamala Harris Benyamin Netanyahu ilə ayrıca görüşəcək.

İsrail lideri ABŞ Konqresində bəzi amerikalı qanunvericilərin Qəzzada müharibənin idarə olunmasına etirazları və narazılıqları fonunda çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nın keçmiş prezidenti Donald Tramp Benyamin Netanyahu ilə görüşəcəyini bildirmişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub