Keçmiş nazir deputatı yumruqlayıb - Parlamentdə
Tarix: 24-07-2024 22:36 | Bölmə: Xəbərlər
Keçmiş nazir deputatı yumruqlayıb - Parlamentdə

Bu gün Türkiyə Böyük Millət Məclisində əlbəyaxa dava düşüb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, DEM Partiyasının Mersindən olan deputatı Ali Bozanın AK Partiya üzvlərinə qarşı səsləndirdiyi ifadə bir anda gərginliyi artırıb.

Məlumata görə, deputatın AKP-yə ünvanlı "AKP oğurluq edir. Siz əxlaqsız, oğrusunuz. Oğrular, ağzınız oğurluqdan iylənir",- sözlərindən sonra hakim partiya üzvləri ayağa qalxaraq onlara ona hücum çəkib. DEMP partiya üzvlərinin Bozanı hücumdan qorumaq cəhdi isə alınmayıb.

Dava zamanı keçmiş nazir və AK Partiyanın Trabzondan olan deputatı Adil Karaismailoğlu Bozana bir neçə yumruq zərbəsi endirib. Zərbədən deputat yıxılıb.

Bundan sonra isə iclasa fasilə verilib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub