Narkotik tərkibli bitki yetişdirənlər saxlanılıb - Fotolar
Tarix: 25-07-2024 09:20 | Bölmə: Xəbərlər
Narkotik tərkibli bitki yetişdirənlər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla bildirir ki, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub