Polad Bülbüloğlu deputatlığa namizəd olub - (Yenilənib)
Tarix: 25-07-2024 15:54 | Bölmə: Xəbərlər
Polad Bülbüloğlu deputatlığa namizəd olub - (Yenilənib)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun geri çağırılacağı və Şuşadan parlament seçkilərinə qatılacağı haqda iddia yayılıb.

Reyting.az
Axar.az-a istinadla xəbər verir ki, buna səbəb P.Bülbüloğlunun “Novoyevremya.com” saytına müsahibəsidir.

Səfir bildirib ki, şuşalılar onu deputat seçəcəyi təqdirdə, onların etimadını doğrultmaq üçün hər şey edəcək.

“Şuşadan deputat olmaq böyük şərəfdir” deyən xalq artisti namizəd olub-olmadığı haqda ümumiyyətlə danışmayıb, sadəcə, jurnalistin Şuşadan deputat olması ilə bağlı sualını “Fikirlərimi praktik olaraq oxuyaraq maraqlı sual verdiniz” kimi cavablandırıb.

Qeyd edək ki, səfir geri çağırılmadan seçkilərdə iştirak edə bilməz. Digər tərəfdən, ən geci 2 avqusta qədər təsdiqlənmiş namizədin topladığı imza vərəqələrini seçki komissiyasına təhvil verməsi lazımdır. Namizədin irəli sürülməsi və təsdiqlənməsi üçün 5 gün tələb olunduğunu, həmçinin imza toplanmasının bir neçə gün çəkdiyini nəzərə alsaq, P.Bülbüloğlu və yaxud kiminsə namizədliyini bundan sonra irəli sürməsi və qeydə alınması praktik olaraq mümkün deyil.

***

Köməkçisi Sevda Paşayeva Teleqraf.com-a bildirib ki, Polad Bülbüloğlu hazırda Bakıdadır.

"Mən Moskvadayam, Polad müəllim burada deyil, Bakıdadır, bu iddialar barədə məlumatsızam", - deyə bildirib.

***

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd edib ki, şuşalılar onu parlamentdə öz nümayəndəsi seçsələr, etimadı doğrultmaq üçün hər şeyi edəcək.

Reyting.az
Modern.az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.

124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi.

***

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib.

MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub