Milli Qəhrəman Natiq Qasımovun anasına mənzil verilib
Tarix: 25-07-2024 14:00 | Bölmə: Xəbərlər
Milli Qəhrəman Natiq Qasımovun anasına mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən mənzil verilib.

Reyting.az
bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov açıqlama yayıb.

Onun sözlərinə görə, ikiotaqlı, tam təmirli mənzil D. Qasımovaya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub