Mixail Podolyak: “Rusiya danışıqlara hazır deyil”
Tarix: 26-07-2024 16:29 | Bölmə: Xəbərlər
Mixail Podolyak: “Rusiya danışıqlara hazır deyil”

Kiyev münaqişənin sülh yolu ilə həllinə sadiq olsa da, Moskva eskalasiyanı davam etdirmək niyyətindədir. Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbəri Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Telegram-da bildirib.

O, Rusiyanı danışıqlara hazır olmamaqda ittiham edib.

“Biz ədalətli şərtlərlə danışıqlar prosesinə hazırıq. Davamlı, ədalətli sülhə gətirib çıxaracaq şərtlərlə. Rusiya onlara hazır deyil”, - deyə M. Podolyak əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub