Obamalar Harrisin namizədliyini dəstəkləyir
Tarix: 26-07-2024 16:58 | Bölmə: Xəbərlər
Obamalar Harrisin namizədliyini dəstəkləyir

Barak və Mişel Obama Demokratlar Partiyasından Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini açıq şəkildə dəstəkləyiblər.

Reyting.az
xəbər verir ki, Harrisin kampaniyası keçmiş prezident və həyat yoldaşının ona zəng etməsinin videosunu yayıb. “Sizin dəstəyinizə sahib olmaq çox şey deməkdir. Gəlin işə başlayaq”, - deyə Co Baydenin əvəzinə seçki yarışında iştirak etmək niyyətində olan ABŞ-nın hazırkı vitse-prezidenti bildirib.

“Biz ona ABŞ-ın fantastik prezidenti olacağını düşündüyümüzü və onu tam dəstəklədiyimizi söylədik. Ölkəmiz üçün bu kritik anda biz onun noyabrda qələbəsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Barak Obama sosial şəbəkədə yazıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub