Alimin qətlində “Rusiya izi” axtarırlar - Foto
Tarix: 26-07-2024 17:42 | Bölmə: Xəbərlər
Alimin qətlində “Rusiya izi” axtarırlar
İrina Farion

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) dilçi alim, keçmiş deputat İrina Farionun qətlində Rusiya xüsusi xidmət orqanlarının əli olması versiyasını irəli sürür.

Reyting.az
xəbər verir ki, bu barədə SBU rəhbərinin birinci müavini Sergey Andruşşenko bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxslə Ukraynada və xaricdə əlaqələri öyrənirlər.

S. Andruşşenko deyib ki, ehtimallardan biri də Rusiya xüsusi xidmət orqanlarının bu cinayətin təşkilində iştirakıdır. “Biz saxlanılan şəxsin mərkəzi işğalçı ölkədə olan neonasist hərəkatında iştirakını yoxlayırıq", - deyə Andruşşenko əlavə edib.



Xatırladaq ki, dilçi alim və ictimai xadim İrina Farion iyulun 19-da Lvovdakı evinin yaxınlığında vurulub. O, başından yaralanıb və bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

İyulun 25-də polis Dneprdə dilçinin qətlində əli ola biləcək 18 yaşlı oğlanın saxlanılması barədə məlumat verib. İstintaqın məlumatına görə, oğlan 10 gün Lvovda olub və bu müddət ərzində üç yaşayış yeri dəyişib. Qətl baş verən gün dilçi xanım taksi gözləyərkən təcavüzkar ona 2 metrdən çox olmayan məsafədən yaxınlaşıb. Lakin qətl anı müşahidə kameralarına düşməyib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub