Gürcüstan hökumətinin qərarı Baydeni məyus edib
Tarix: 09-08-2024 15:04 | Bölmə: Xəbərlər
Gürcüstan hökumətinin qərarı Baydeni məyus edib

Gürcüstan hökumətinin “antidemokratik hərəkətləri” və “Xarici agentlər haqqında” qanunun qəbulu ABŞ-ı məyus edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Cənubi Osetiyada hərbi əməliyyatların başlanmasının 16-cı ildönümü münasibətilə Gürcüstan prezidenti Salome Zurabişviliyə məktubunda yazıb.

Gürcüstan rəsmilərinin Avropa İttifaqına və NATO-ya üzvlük standartlarına qətiyyən uyğun gəlməyən canlı bəyanatlarına da toxunan ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Tbilisinin Avro-Atlantik inteqrasiyasına sadiqdir, həmçinin sülh, sabitlik, azadlıq və insan haqlarını əhatə edən “ümumi dəyərləri” dəstəkləyir.

Xatırladaq ki, iyunun 3-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici agentlər haqqında” qanunu imzalayıb. O bildirib ki, qanun ölkənin siyasi, iqtisadi və sosial vəziyyətini kənar müdaxilələrə qarşı gücləndirməyə yönəlib. İyulun 31-də ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqton bu sənədin imzalanması ilə əlaqədar Gürcüstana yardımı dayandırmaq qərarına gəlib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub