Zob xəstəliyi olanlar hərbi xidmətə yararlıdır? - Açıqlama
Tarix: 09-08-2024 15:32 | Bölmə: Xəbərlər
Zob xəstəliyi olanlar hərbi xidmətə yararlıdır? - Açıqlama

Zob xəstəliyi olanlar hərbi xidmətə yararlıdır?

Reyting.az-
ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti zob xəstəliyi olanların hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bildirilir ki, qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur: "Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu isə ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır".




Bölməyə aid digər xəbərlər