Uels şahzadəsi xərçəng xəstəliyindən qurtulub
Tarix: 18-09-2024 07:33 | Bölmə: Xəbərlər
Uels şahzadəsi xərçəng xəstəliyindən qurtulub

Uels şahzadəsi Keyt Middlton xərçəng müalicəsini başa vurduqdan sonra işə qayıdıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News” kral ailəsinin məhkəmə hüquqşunasına istinadla məlumat yayıb.

Bildirilir ki, Keyt Middlton kimya terapiyasını bitirdikdən sonra ilk işgüzar görüşünü keçirib. Görüşün Vindzor qəsrində baş tutduğu qeyd olunur. Burada Şahzadə Uilyam və Xeyriyyə Fondunun üzvləri iştirak ediblər.

Qeyd edək ki, Middlton sonuncu dəfə 2023-cü ilin dekabrında belə tədbirlərə qatılmışdı.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib