Ukrayna PUA-ları Rusiya ərazilərinə hücum edib
Tarix: 18-09-2024 09:28 | Bölmə: Xəbərlər
Ukrayna PUA-ları Rusiya ərazilərinə hücum edib

Bu gecə Rusiyanın Tver vilayətinin Toropets şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Hətta sursat anbarına da hücum olub. Bölgənin qubernatoru İqor Rudenya yanğın və partlayaşıla əlaqədar əhalinin qismən köçürülməsinə göstəriş verib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, hava hücumundan müdafiə qüvvələri şəhərin üzərində PUA-ları vurmağa davam edir.

Rusiya hakimiyyəti mühüm hədəfin məğlubiyyətini etiraf etməsə də, yerli hakimiyyət orqanları yanğının “PUA-dan dağıntıların düşməsi nəticəsində” baş verdiyini bildirir.

Bundan başqa, Rusiyanın Bryansk, Smolensk, Tula və Oryol vilayətlərində də partlayış səsləri eşidilib.

Qeyd edilir ki, sentyabrın əvvəlində Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Rusiya Federasiyasının Voronej vilayətinin Soldatskoye şəhərindəki sursat anbarına hücum edib. Koreya raketləri bu obyektdə saxlanılırdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}