Rusiyanın neft anbarları vurulub
Tarix: 04-10-2024 11:07 | Bölmə: Xəbərlər
Rusiyanın neft anbarları vurulub

Rusiyada iki neft bazasında bir anda yanğın baş verib. Voronej vilayətində dron “Annanefteprodukt” MMC-nin neft bazasının ərazisinə düşüb, nəticədə yanacaq çəni yanıb.

Reyting.az
xəbər verir ki, vilayətin qubernatoru Aleksandr Qusev məlumatı təsdiqləyib.

“Voronej vilayətinin Anninski rayonunda elektron döyüş texnikası Ukraynaya məxsus PUA-ları vurub, onlardan biri neft anbarının ərazisinə düşüb. İlkin məlumata görə, itki yoxdur”, - məlumatda qeyd edilib.

Bundan əlavə, Perm diyarında Osentsi kəndinin sənaye zonasında özəl neft anbarında güclü yanğın baş verib. Ukrayna mediası bildirir ki, yanğın 10 min kvadratmetr ərazini əhatə edib və yanacaq çənləri partlayıb. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 19 texnika çalışır. Lakin hadisənin səbəbləri açıqlanmır.

Məlumata görə, Ukrayna PUA-ları gecə saatlarında Rusiya ərazisinə hücum edib. Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin dörd regionda 113 PUA-nı ələ keçirdiyini və yaxud məhv etdiyini bildirib.

Daha sonra Ukrayna tərəfi Rusiya Federasiyasının Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromunda kabinəli anbarlara, “SU-35” və “SU-34” təyyarələrinin dayanacaqlarına və aviasiya yanacağı anbarlarına hücum edib.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətində raket anbar arsenalına hücum etmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər