11:37 / 12-11-2024
"Veteran pulu" artırılacaq
Pomidorla vurulan nazir parlamentdən qaçıb
Tarix: 04-10-2024 12:11 | Bölmə: Xəbərlər
Pomidorla vurulan nazir parlamentdən qaçıb

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard pomidor hücumuna məruz qalıb.

Reyting.az
xəbər verir ki, İsveç parlamentində BMT Baş Assambleyasının İsrailin Fələstin torpaqlarını qanunsuz işğalına bir il ərzində son qoymasını tələb edən qətnamə ilə bağlı keçirilən iclasda nazirə pomidor atıblar.

Çıxışdan sonra yerinə qayıdarkən pomidorla vurulan Mariya Malmer Stenerqard parlamentdən qaçıb.

İsveç mətbuatı yazır ki, bir nəfər “İsraili dayandırın, onlar terrorçudur!”, digər bir nəfər isə “Qorxaq qaçır”,- deyə qışqırıb.

Üç nəfərin parlament mühafizəsi tərəfindən saxlanılaraq polisə təhvil verildiyi bildirilir.

İsveçin baş naziri Ulf Kristersson hadisə ilə bağlı təhqiqat aparılmasını istəyib və parlamentdə təhlükəsizliyin təmin edilməsi üçün “güclü tədbirlər” görülməsini vacib sayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
8-11-2024, 00:02 Bu gün Zəfər Günüdür