İran ABŞ-nın yeni qərarından narahat olub
Tarix: 14-10-2024 10:40 | Bölmə: Xəbərlər
İran ABŞ-nın yeni qərarından narahat olub

ABŞ-nın İsraildə THAAD-hava hücumundan müdafiə sistemləri yerləşdirmək istəyi İranın reaksiyasına səbəb olub.

Reyting.az
xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşdığı mesajda Vaşinqtonun Təl-Əvivə rekord miqdarda silah göndərdiyini xatırladıb.

A. Əraqçi qeyd edib ki, ABŞ İsraildə raket sistemləri və əsgər yerləşdirərək öz əsgərlərinin həyatını riskə atır.

Nazir daha sonra yazıb:

“Son günlər bölgəmizdə müharibənin qarşısını almaq üçün böyük səylər göstərsək də, açıq şəkildə deyirik ki, xalqımızı və maraqlarımızı müdafiə edərkən qırmızı xətlərimiz yoxdur”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər