Rusiyanın üç bölgəsi gecə hücumlarına məruz qalıb
Tarix: 15-10-2024 09:03 | Bölmə: Xəbərlər
Rusiyanın üç bölgəsi gecə hücumlarına məruz qalıb

Ötən gecə Ukrayna Silahlı Qüvvələri təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiyanın üç bölgəsinə hücum edib. Rusiya Müdafiə Nazirliyi bildirir ki, hücum nəticəsində hava hücumundan müdafiə qüvvələri Belqorod, Kursk və Tula vilayətləri üzərində üç pilotsuz uçan aparatı vurub.

Reyting.az
-ın məlumatına görə, Müdafiə Nazirliyi insidentləri Rusiya Federasiyası ərazisində yerləşən obyektlərə terror hücumu cəhdləri adlandırıb.

Oktyabrın 14-dən 15-nə keçən gecə Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatdan yaşayış binasına partlayıcının atılması nəticəsində bir nəfər xəsarət alıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Ukraynanın daha bir pilotsuz təyyarəsi Tserkovnı fermasına gedən yolda yük maşınına hücum edib və sürücü yaralanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}