7-ci sinif şagirdi 11-ci sinif şagirdini bıçaqlayıb
Tarix: 15-10-2024 14:02 | Bölmə: Xəbərlər
7-ci sinif şagirdi 11-ci sinif şagirdini bıçaqlayıb

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır(APA).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}