Rusiyalı general Suriyada öldürülüb
Tarix: 23-10-2024 09:37 | Bölmə: Dünya
Rusiyalı general Suriyada öldürülüb

Suriyadakı Rusiya hərbi bazasında xidmət edən general-leytenant Nikolay Mixaylenko Latakiya çölündə baş verən qarşıdurmada öldürülüb. Faktı Sevastopolun qubernatoru da təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, qubernator bildirib ki, Nikolay Mixaylenko üçün Krımın Sevastopol şəhərində dəfn mərasimi keçirilib.

Qubernator əlavə edib ki, N. Mixaylenko Suriya Ərəb Respublikasında xüsusi hərbi missiyalar zamanı həlak olub.

Rusiya mətbuatı Mixayenkonun Latakiya çölündə terror təşkilatı İŞİD üzvləri ilə qarşıdurma zamanı qaçırılan bəzi rus əsgərlərinin xilasetmə əməliyyatları zamanı həyatını itirdiyini bildirib.

Qeyd edək ki, Rusiya 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində Dəməşq rejiminə dəstək verir. Hazırda Rusiyanın hərbi qüvvələri Latakiyadakı Hmeymim Hava Bazasında və Tartusdakı Logistika Dəstək Mərkəzindədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}