TDT sammiti çərçivəsində yeni sənədlər imzalanıb - (Yenilənib)
Tarix: 06-11-2024 14:32 | Bölmə: Xəbərlər
TDT sammiti çərçivəsində yeni sənədlər imzalanıb - (Yenilənib)

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə bir sıra sənədlər imzalanıb.

Reyting.az
xəbər verir ki, imzalanan sənədlərdən biri də Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) olub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan sənədin icrası TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirəcək.

Bununla yanaşı, təşkilata üzv dövlətlər arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanlarımızı birləşdirməyə töhfə verəcək.

***

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb və təşkilata sədrlik Qırğızıstana keçib.

Reyting.az
xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

"Sammitin yekunları üzrə Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb", - o qeyd edib.

XİN başçısı bildirib ki, Qırğızıstanın ticari-iqtisadi əlaqələr, nəqliyyat-logistika və təhlükəsizlik sahəsində TDT-nin inkişafı ilə bağlı öz baxışı var: “Biz təşkilatın inkişafı üzrə planların uğurla həyata keçiriləcəyinə ümid edirik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər