Rusiyada güclü zəlzələ baş verib
Tarix: 15-02-2025 09:38 | Bölmə: Xəbərlər
Rusiyada güclü zəlzələ baş verib

Rusiya Federasiyasının Altay Respublikasında Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Reyting.az
bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təbiət hadisəsi yerli vaxtla saat 08:48-də (Bakı vaxtı ilə 05:48) Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.




Bölməyə aid digər xəbərlər