BMT İsrailin hücumlarının artmasından narahatdır
Tarix: 25-02-2025 09:46 | Bölmə: Xəbərlər
BMT İsrailin hücumlarının artmasından narahatdır

Son 20 ildə ilk dəfə İsrail İordan çayının qərb sahilinə tanklar yeridib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin işğalı altındakı İordan çayının qərb sahilinin şimal hissəsində artan hücumlarından “dərin narahat” olduğunu açıqlayıb.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib ki, bölgədəki hücumlar və zorakılıq sona çatmalıdır. Dujarrik əlavə edib ki, BMT Baş katibİ İordan çayının qərb sahilinin şimal hissəsində artan şiddətdən, hücumlardan və genişmiqyaslı əməliyyatlardan, o cümlədən İsrail təhlükəsizlik qüvvələrinin 20 ildən çox müddətdə ilk dəfə bölgəyə tank yerləşdirməsindən narahatdır. O, bunu İsrail baş naziri Benyamin Netanyahunun da diqqətinə çatdırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər