Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşüb
Tarix: 26-02-2025 00:12 | Bölmə: Xəbərlər
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşüb

Prezident İlham Əliyevin köməkçisi - Prezident  Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətləri müzakirə olunub. Həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər