Dənizdə güclü zəlzələ baş verib
Tarix: 26-02-2025 12:09 | Bölmə: Xəbərlər
Dənizdə güclü zəlzələ baş verib

Molukka dənizində (İndoneziya) 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bakı vaxtı ilə saat 02:56-da qeydə alınan zəlzələnin episentri Sulavesi adasının şərq kənarında yerləşən Manado şəhərindən 121 km cənubda yerləşib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Episentrdə intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir və əlavə məlumat verilmir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər